Şirkət haqqında

1995-ci ildə yaradılan BestComp Group şirkəti sistem inteqrasiyası, data mərkəzi həlləri, layihə həlləri, proqram təminatının yaradılması, IT təhlükəsizlik, distribüsiya, pərakəndə satış və digər İT xidmətlərin (server həlləri, KGS, POS – avadanlığı və s.) göstərilməsi sahəsində Cənubi Qafqaz və Orta Asiyanın İKT sektorunun liderlərindən biridir. Şirkət onilliklər ərzində təcrübəsi və peşəkarlığı sayəsində dövlət və özəl sektorda əhəmiyyətli layihələrə imza ataraq, regionda informasiya texnologiyalarının inkişafının ön sırasında yerini qorumaqdadır.

BestComp Group Hewlett Packard Enterprise şirkətinin “Platinum”, HP Inc., Oracle, Thales və Palo Alto şirkətlərinin “Gold”, Microsoft, Acer, Lenovo, Micro Focus, VMware, Schneider Electric, Eaton, Cisco, Sandvine, Gemalto, HID, F5, Fortinet və 50-dən artıq digər qabaqcıl istehsalçıların rəsmi tərəfdaşıdır.

BestComp Group Azərbaycan, Gürcüstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Türkmənistanda yüzlərlə müxtəlif IT layihələri uğurla həyata keçirmişdir. Şirkətin Gürcüstanda ofisi və nümayəndəliyi Özbəkistanda yerləşən Mərkəzi Asiya ölkələri ilə çalışan regional ofisi vardır.

Şirkətin məhsul və xidmətləri müştəri məmnuniyyətinə və müştərilərin biznes proseslərinin səmərəliliyinin artırılmasına yönəldilmişdir.  BestComp Group onlara konsaltinq xidmətləri göstərərək, İT infrastrukturunu mükəmməlləşdirmək və bununla biznesin səmərəli və məhsuldar olmasına yardımçı olur.

BestComp Group ISO 9001:2015 beynəlxalq keyfiyyət sertifikatına malikdir və bu bir daha müştərilərin ardıcıl, yüksək keyfiyyətli xidmətlər əldə edəcəyinin bir göstəricisidir.

Şirkətin fəlsəfəsi

Missiyamız – hər zaman peşəkar və etibarlı biznes tərəfdaşı kimi tanınaraq, müasir İT texnologiyaları, optimal İT həlləri və məhsulları sifarişcilərə təqdim etməkdir. Daim inkişaf edərək yeni iş yerləri açmaq, İT kadrları yetişdirmək, cəmiyyətin İT maarifləndirilməsində aktiv iştirak etmək missiyamızın tərkib hissəsidir.

Məqsədimiz – rəqəmsal transformasiya prosesinin davamlı inkişafının təmin edilməsinin daşıyıcılarından olaraq beynəlxalq səviyyədə tanınmış, İKT sektorunun müvəffəqiyyətli liderlərindən olmaqdır.

BestComp Group-un başlıca dəyərləri:

  • PEŞƏKARLIQ
  • SƏMİMİYYƏT
  • KEYFİYYƏT
  • İNNOVATİVLİK
  • TEXNOLOJİ KREATİVLİK
Certificate

Mükafatlar

İnsan kapitalı

Şirkətin ən böyuk nailiyyəti onun kadrlarıdır. BestComp Group-da İKT sahəsində böyuk iş təcrübəsinə malik olan 250-dən artıq yüksək ixtisaslı mütəxəssis çalışır. Peşəkarlığı şirkətin əsas dəyərlərindən biri kimi qəbul edərək, BestComp Group kadrlarının peşə hazırlığının fasiləsiz olaraq yüksəldilməsi üçün onların Azərbaycanda və xaricdə müxtəlif təlimlər keçməsinə ciddi sərmayələr yatırır. Şirkətin əməkdaşları mütəmadi olaraq İT-nin müxtəlif sahələrinin aparıcı şirkətləri tərəfindən təşkil edilən ixtisaslaşmış təlimlərə qatılır. Hal-hazırda şirkətin əməkdaşlarının dünyanın aparıcı İT şirkətlərindən aldıqları sertifikatların sayı 500-dən artıqdır. Bu tədbirlər loyallığın qorunması və möhkəmləndirilməsi ilə yanaşı, şirkətin peşəkarlığını təmin edir.

Maliyyə hesabatları

  • 2017-ci ilə aid maliyyə hesabatlarının icmalı
  • Audit rəyi

Müştəri rəyi

BestComp Group şirkəti ilə uzunmüddətli əməkdaşlığımız var. Mərkəzi ofis və filiallarda müxtəlif İT xidmətlər həyata keçirirlər. Bütün layihələrdə BestComp Group texniki dəstəyini yüksək keyfiyyətlə həyata keçirmişdir. Gördükləri işlərdən tam razıyıq və sizə də Bestcomp Group ilə çalışmağı tövsiyyə edirik.

Vadim Qədirov

Biznesin dəstəklənməsi üzrə direktor, “Unibank” KB ASC
BestComp Group şirkəti ilə 2010-cu ildən əməkdaşlıq edirik. Bu müddət ərzində çalışdığımız ən yüksək əhəmiyyətli dövlət obyektlərində UPS sistemi müvəffəqiyyətlə quraşdırılıb, işə salınıb və ya onlara xidmət göstərilib. Əməkdaşlıq etdiyimiz obyektlərdə BestComp Group-un instalyasiya işlərinin apardığı və xidmət göstərdiyi ən böyük sistem isə Azərbaycan miqyasında rekord güclü sistem – Bayraq Meydanındakı Crystal Hall və Krifinq mərkəzi üçün qurulan UPS sistemləri olmuşdur. BestComp Group-la əməkdaşlıqdan həmişə məmnun olmuşuq və istənilən qurum, təşkilat və ya şirkətə onlarla iş birliyini tövsiyyə edirik.

Vüqar Şahmuradov

İdarə Heyətinin Sədri, “Azenco” ASC
BestComp Group şirkətini digər şirkətlərdən fərqləndirən onun əməkdaşlarının yüksək texniki səviyyəsi, nəzəri biliyi, praktiki bacarıqları, ən başlıcası isə müştərinin problemlərinə çox tez müddətdə reaksiya verməsi, gecə və ya gündüzdən asılı olmayaraq tez bir müddətdə obyektə gəlib problemi aradan qaldırmaq bacarığıdır. BestComp Group müştərinin tələbatını çox yaxşı duyur, təklif etdiyi həllər, problemin aradan qaldırılma üsulları effektiv olmaqla bərabər, müştəri xərclərinin də az çıxmasına yönəlir. Bütün bunlar illər boyu davam edən əməkdaşlığımızda sınaqdan çıxmışdır. Düşünürük ki, BestComp Group-un xidmət göstərəcəyi istənilən şirkət və ya təşkilat bu əməkdaçlıqdan yalnız razılıq və məmnunluq duyacaqdır.

M.A. Allahverdiyev

İT Direktor, AGBank
BestComp Group şirkəti ilə əməkdaşlıq etdiyimiz layihələrdə göstərdikləri işlərin keyfiyyətindən tam razı qalmışıq və sizə də bu şirkət ilə işləməyi tövsiyyə edirik.

Emin Rzayev

İdarə Heyətinin Sədri, “Bakelektro” ASC